Skip to main content

10 steps to barcode your product

Giriş

Dünyada 100-dən artıq GS1 milli təşkilatları əmtəələrin ştrixkodlu identifikasiyasının tətbiqi ilə məşquldurlar. GS1 sisteminin yeni İstifadəçiləri üçün ştrixkodların istifadəsində əsas addımlar təklif olunur.​

Ştrixkodların tətbiqində 10 addım

Addım 1: İstifadəçinin GS1 Prefiksinin alınması

İlk növbədə, Siz ştrixli kodlardan istifadə hüququnu əldə etməlisiniz və GS1 identifikasiya açarı adlanan ştrixkodun rəqəmli əhəmiyyətini müəyyən etməlisiniz. Bunun üçün Siz GS1 Milli təşkilatına müraciət edib GS1 sistemində qeydiyyatdan keçməli və İstifadəçinin Unikal Qlobal Prefiksini (Global Company Prefix - GCP, ing) əldə etməlisiniz. Bu, GS1 prefiksi dünyada logistik vahidlərin, ticarət məntəqələrin, yerləşdirilmələrin və sair tərəflərin unikal identifikasiya açarların əsasını təşkil edir. Unikal təkrarolunmaz GS1 prefiksləri 1.3 milliyon şirkətlərin təchizat silsiləsində istifadə olunur.

 

Daha ətraflı məlumat

Şirkətin GS1 Prefiksini almaq üçün GS1 ştrixkodu almaq bas

10 steps printable version

Addım 2: Rəqəmlərin ayrılması

Qlobal Kompani Prefiksini əldə etdikdən sonra İstifadəçi ştrixli kodların identifikasiya nömrələrini bütün məhsullarına, ticarət və logistik vahidlərinə - pallet, çəllək, qutularına və s. vurulması hüququna malikdir. İş prosesi sadədir. Yerli GS1 təşkilatı unikal identifikasiya nömrələrin paylanma qaydaları ilə bağlı müvafiq məlumatla Sizi tanış edə bilər (bax “GS1 İdentifikasiya Açarları”).

Daha ətraflı məlumat

GS1 açarların hər biri üçün xarakteristikasını "GS1 İdentifikasiya Açarları" səhifəsində görə bilərsiniz.

10 steps printable version

Addım 3: Ştrixkodun çap üsulunun seçilməsi

Ştrixkodun çapını düşünərək, Siz məlumatın daimi və ya dəyişkən olmasını müəyyən etməlisiniz.

Əgər məlumat daimidirsə (yəni malın üzərinə daimi eyni ştrixkod çap olunacaqsa), o zaman, bilavasitə bağlamanın (misal üçün, süd üçün kağız qutu) və ya məhsulun etiketində (missal üçün, süd doldurulmuş qabın etiketi) bütün tirajla eyni ştrixkod çap olunacaq.

Əgər məlumat dəyişkəndirsə, o zaman, rəqəmsal çap lazım olacaq. Məsələn, məhsulun bağlaması çoxrəngli qrafikanı və ştrixkodun dəyişkən məlumatını çap edilməsini tələb edirsə, bu halda ənənəvi üsuldan istifadə edərək qrafika tam çap olunur, istehsalat və qablaşdırılma zamanı ştrixkodun rəqəmsal çapı üçün yer saxlanılır.

  • Əgər məhsulun etiketinə dəyişkən mətn və ştrixkodun vurulması tələb edilirsə, o zaman, məlumat bilavasitə bağlamanın üzərinə çap olunmalıdır (böyük həcmdə avtomatik, kiçik həcmdə əl üsulu ilə).
  • Əgər eyni bağlamalarda fərqli məhsullar istifadə olunursa, o zaman, rəqəmsal çap üsulu vasitəsilə daimi ştrixkod bağlamanın üzərində də çap oluna bilər.
  • Yerli GS1 təşkilatı ştrixkodun çapının düzgün seçimində Sizə yardımçı ola bilər.
 

Çap üsulu

Ənənəvi:
fleksoqrafiya və ofset

Rəqəmsal:
termo və lazer

Malin üzərinə:
o.c. gravyura, həkk etmə və s.

Daha etrafli bax

Daha ətraflı məlumat

Yerli GS1 Üzv Təşkilatı düzgün seçim eləməyə Sizə köməklik edə bilər, hətta bir çox GS1 Üzv Təşkilatları da sizin regionunuzda yerli poliqrafiya şirkətinin tapılmasında sizə köməklik edə bilər.

10 steps printable version

Addım 4: Oxunma mühiti

Ştrixkodun tipinə, ölçüsünə, yerləşdirilməsinə və çap keyfiyyətinə dair texniki tələblər onun harada oxunmasından asılıdır. Əgər Siz ştrixkodun oxunma mühitini və şəraitlərini bilirsinizsə, o zaman, kodun hazırlanmasında bunları nəzərə almalısınız. 

Pərakəndə ticarət nöqtəsində ştrixli kodların çoxşualı skanerlə oxunması nəzərə alınmalıdır.

Əgər ştrixkod simvolu həm ticarət nöqtəsində (POS-Point-of-Sale,İng), həm anbarda oxunmalıdırsa, onun distribyutor prossesində oxunması üçün böyük ölçüdə olması nəzərə alınmalıdır.

Səhiyyə sahəsi məntəqələrində, aptek və xəstəxanalarda ştrixkodların çoxşüalı skanerlə oxunması tələb olunmur.

 

Oxunma mühiti

  • Pərakəndə satiş
  • Topdan satiş və logistika
  • Səhiyyə
  • Anbar

Skanerlə oxuma mühitini və çap metodlarını tapa bilərsunuz 

Addım 5: Ştrixkodun tipinin  seçimi

Ştrixkodun tipinin düzgün seçilməsi onun tətbiqinə böyük təsir göstərir:

  • Əvvəl onu hansı sahədə istifadə olunacağı və ştrixkod simvolikalarının hansı tələblərə cavab veriləcəyini müəyyən etmək lazımdır. Əgər ştrixkod POS-terminalında oxunacaqsa, o zaman, EAN/UPC simvoluna üstünlük vermək məsləhətdir. Bu simvol dünyanın hər-hansı POS-sistemlərində oxunmasına zəmanət verir. Bəzi hallarda GS1 DataBar simvolu da tətbiq oluna bilər. 
  • Əgər Siz qeydiyyat nömrələri, istehsalat vaxtı və s. kimi dəyişkən məlumatlı ştrixkodları istifadə edirsizsə, o zaman, GS1-128, GS1 DataBar və ya 2D GS1 simvollarından istifadə edə bilərsiniz.
  • Əgər Siz istehlakçıya məhsulunuz haqqında daha geniş məlumatın çatdırılması üçün ştrixkodda URL kodlaşdırmaq istəyirsizsə, onda GS1 2D simvollarından istifadə etmək lazımdır.
  • ƏƏgər məhsulun logistikasında istifadə olunan ştrixkod lazımdırsa, karton qutunun üzərinə vurulan İTF-14 simvolu Sizin üçün düzgün seçim ola bilər. 

 

Yerli GS1 təşkilatı ştrixkodun tipinin seçimində burada qeyd olunmayan faktorların təsirini nəzərə alıb Sizə düzgün seçim etməyə hazırdır.

Daha ətraflı məlumat

GS1 ştrixkodlarının hər birisinin əsas xüsusiyyətlərinin təhlili üçün GS1 ştrixkodları -na bax.

10 steps printable version

 

Addım 6: Ştrixkodun ölçüsünün seçilməsi

Ştrixkodda kodlaşdırılan məlumatın və simvolunun düzgün seçimini etdikdən sonra dizayn işlərinə başlamaq olar. Simvolun ölçüsü onun yerləşdirildiyi yerdən və çap üsulundan asılıdır.

Simvolun ölçüsü

X-ölçü – ştrixkodun ən ensiz elementidir. X-ölçülər simvolun hündürlüyü ilə birgə ştrixkod simvolunun ölçüsünü müəyyən edir.

Oxunma mühitindən asılı olaraq, simvolların müəyyən X-ölçüləri və müvafiq hündürlükləri təyin edilib. Ştrixkod simvolu

nun qəbul edilmiş minimal və maksimal ölçüləri mövcuddur.

EAN/UPC simvolları

 

EAN/UPC simvolları pərakəndə satışda çoxşüalı skanerlərin oxunması üçün tərtib olunub. Bu o deməkdir ki, 

EAN/UPC 

simvollarında 2 seqment mövcuddur. Simvolun hündürlüyü və eni arasında təsbit edilmiş nisbət var. Bir 

kəmiyyət dəyişiləndə, digəri mütənasib (proporsional) dəyişilir. 

Ştrixkodun simvolunun kiçildilməsi üçün çox vaxt onun 

hündürlüyünü azaldırlar. EAN/UPC simvolikanın texniki tələbləri çərçivəsində düzgün olardı ki, buna yol verilməsin, çünki ştrixkodun skanerlə oxunma sürəti azalır.

Çap prossesi

Simvolun son görüntüsü çap prossesinin qabiliyyətindən asılıdır. Simvolun ölçüsünün minimal kiçildilməsi (magnification - İngl) və zolağın eninin düzgün azaldılması (Bar Width Reduction,BWR - İngl) çapdan asılı olaraq müxtəlifdir. Çap edən şirkət simvolun minimal kiçildilməsi (magnification - İngl) və zolağın eninin azaldılması (Bar Width Reduction,BWR - İngl) kəmiyyətlərini elə təyin etməlidir ki, keyfiyyətli və münasib nəticələrə nail oluna bilsinlər.

Addım 7: Ştrixkodun rəqəmləri

 

İnsanoxunan hissə adlanan ştrixli kodun altındakı rəqəmli-hərfli kəmiyyət (Human Readble Interpretation –HRI, İngl) çox vacibdir, çünki, ştrixkodun zolaqları zədəli və yaxud pis keyfiyyətlə çap olunubsa, insanoxunan hissə ehtiyyat kimi istifadə oluna bilər.

Aşağıda ən çox verilən sualları göstəririk.

İnsanoxunan hissə müvafiq ölçüdə olmalıdır?

İnsanoxunan hissədə məlumat aydın və simvolun ölçüsünə proporsional ölçüdə olmalıdır.

İnsanoxunan hissə simvolun aşağı və yaxud yuxarısında olmalıdır?

İnsanoxunan məlumat ştrixkodun aşağı hissəsində olmalıdır və onun aydın oxunması təmin edilməlidir, ştrixkodun minimal hündürlüyü saxlanılması şərtilə. 

Bəzi ştrixkod simvollarının aşağı hissəsində mötərizədə identifikatorlar (Application Identifiers – AI, İngl) göstərilir. Onlar simvolun zolaq və açıq sahələrində kodlaşdırılıb?

Aİ simvolun insanoxunan hissəsində mötərizədə göstərilməlidir, lakin, mötərəzələr simvolun zolaqlarında kodlaşdırılmır.

EAN/UPC simvolu insanoxunan hissəsində neçə rəqəm yazılmalıdır?

  • UPC-A simvolunun altında 12 rəqəm çap olmalıdır.
  • EAN-13 simvolunun altında 13 rəqəm çap olmalıdır.
  • UPC-E və EAN-8 simvollarının altında 8 rəqəm çap olmalıdır.

Daha ətraflı məlumat

Daha ətraflı məlumat almaq üçün GS1 kodlarının İnsan Oxunan hissənin izahatını tapa bilərsiniz.

10 steps printable version

Addım 8: Ştrixkodun rənginin seçimi

Ştrixkodun rəng uyğunlaşdırmasının ən optimalı və münasibi - qara zolaqların ağ fonda olmasıdır. Əgər Siz ayrı rəngləri də istifadə etmək istəyirsinizsə, aşağıdakı məlumat Sizə yardımçı ola bilər:

  • Tünd rəngləri (misal üçün, qara, tünd-göy, tünd-qəhvəyi, tünd-yaşıl) ştrixkodların zolaqları üçün istifadə edilməsi tövsiyyə edilir
  • Zolaqlar bir rəngdə olmalıdı və heç zaman bir neçə müxtəlif rənglə çap olunmamalıdır. 
  • Açıq rəngləri ştrixkodun boş zonaları (ştrixkod ətrafı çapdan azad sahə) və aralıq sahələri (missal üçün, ağ) üçün istifadə edilməsi tövsiyə edilir. Açıq rənglərə əlavə olaraq, qırmızımtıl çalarlı rəngləri də istifadə etmək olar.  
  • Nəzərə almalısız ki, ştrixkod skanerlərin şüalarının işıq mənbəyi qırmızı olduğundan, onun zolaqlar üçün istifadəsi yol verilməzdir.
  • Çox hallarda simvolun fonu çap olunmur və bağlama materialının rəngi ştrixkodun fonu kimi istifadə olunur. Lakin, simvolun fonu çap olunduqda, onun rəngi zolaqlardan açıq olmalıdır.
  • Bildirdiyimiz kimi, ən optimal uyğunlaşdırma – qara zolaqlar və ağ aralıqlardır, lakin, başqa rənglər də istifadə oluna bilər. 
  • Əlavə məlumat üçün yerli GS1 təşkilatına müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat

Göstərildiyi kimi, qara zolaq və ağ boş sahə optimal kombinasiyadır, amma başqa rəng kombinasiyası da istifadə oluna bilər. Sizin GS1 Üzv Təşkilatı poliqrafiya şirkətinə əlavə tövsiyələr edə bilər.

10 steps printable version

Addım 9: Ştrixkodun yerləşdirilməsi

Ştrixkod simvolunun yerləşdirilməsi deyəndə, onun bağlamanın dizaynında yerləşdirilməsi nəzərdə tutulur. İlk növbədə əmin olmaq lazımdır ki, simvol zədələnməyəcək (misal üçün, kənar, künc, bükülmə və ya kəsişmə, ayrı materialla ötürülmə və s). 

GS1 ştrixkodların düzgün yerini müəyyən etmək üçün GS1 Texniki tələblərin 6-ci bölməsinə baxa bilərsiniz.

Daha ətraflı məlumat

GS1 ştrixkodlarının bağlamada düzgün yerləşdirilması üçün GS1 General Specifications -nın 6-ci bölməsində yerləşdirmə qaydaları ilə tanış ola bilərsiniz.

10 steps printable version

Addım 10: Şrixkodun keyfiyyətli çapı üçün plan

Çap olunmuş ştrixkodun keyfiyyətinə dair tələblər ISO/IEC 15416 Barcode Print Quality Texniki Tələblərdə izah olununb.ISO standartına əsaslanaraq, ştrixkodun oxunma qabiliyyəti onun çap keyfiyyətindən asılıdır. GS1 sistemində ISO/IEC standartlarının tələblərinə riayət edilməlidir, lakin, ilkin qiymətləndirmədə hər GS1 ştrixkodunun hansı simvoldan istifadə edilməsini, harada və necə yerləşdirilməsini, hansı identifikasiya nömrələrinin daşıyıcısını GS1 müəyyən edir. Əlavə olaraq, aperturanın enini və dalğanın uzunluğunu da müəyyən edir. 

GS1 Baş Spesifikasiyasının 5-ci bölməsində  hər növ simvola müəyyən texniki tələblər göstərilib.

Bu gün bir çox GS1 milli təşkilatları ştrixkodun çap keyfiyyətinin yoxlanması üçün verifikasiya xidmətlərini göstərir.

Daha ətraflı məlumat

GS1 General Specifications 5-ci bölməsində GS1 identifikasiya açarlarının və simvolların hansı məlumatın daşınmasını təqdim edir.

GS1 Üzvləri məhsulun ştrixkodunun keyfiyyətini və nəzarətini öz üzərinə götürür. Bu gün bir çox GS1 Üzv Təşkilatları ştrixli kodun keyfiyyətinin yoxlanılması xidmətlərini təklif edir.

10 steps printable version

Linklər

 

Əlaqə

http//www.gs1.org/contact saytında yerli GS1 təşkilatı tapa bilərsiniz.