Dünyada 100-dən artıq GS1 milli təşkilatları əmtəələrin ştrixkodlu identifikasiyasının tətbiqi ilə məşquldurlar. GS1 sisteminin yeni İstifadəçiləri üçün ştrixkodların istifadəsində əsas addımlar təklif olunur.
İlk növbədə, Siz ştrixli kodlardan istifadə hüququnu əldə etməlisiniz və GS1 identifikasiya açarı adlanan ştrixkodun rəqəmli əhəmiyyətini müəyyən etməlisiniz. Bunun üçün Siz GS1 Milli təşkilatına müraciət edib GS1 sistemində qeydiyyatdan keçməli və İstifadəçinin Unikal Qlobal Prefiksini (Global Company Prefix - GCP, ing) əldə etməlisiniz. Bu, GS1 prefiksi dünyada logistik vahidlərin, ticarət məntəqələrin, yerləşdirilmələrin və sair tərəflərin unikal identifikasiya açarların əsasını təşkil edir. Unikal təkrarolunmaz GS1 prefiksləri 1.3 milliyon şirkətlərin təchizat silsiləsində istifadə olunur.
Şirkətin GS1 Prefiksini almaq üçün GS1 ştrixkodu almaq bas
Qlobal Kompani Prefiksini əldə etdikdən sonra İstifadəçi ştrixli kodların identifikasiya nömrələrini bütün məhsullarına, ticarət və logistik vahidlərinə - pallet, çəllək, qutularına və s. vurulması hüququna malikdir. İş prosesi sadədir. Yerli GS1 təşkilatı unikal identifikasiya nömrələrin paylanma qaydaları ilə bağlı müvafiq məlumatla Sizi tanış edə bilər (bax “GS1 İdentifikasiya Açarları”).
GS1 açarların hər biri üçün xarakteristikasını "GS1 İdentifikasiya Açarları" səhifəsində görə bilərsiniz.
Ştrixkodun çapını düşünərək, Siz məlumatın daimi və ya dəyişkən olmasını müəyyən etməlisiniz.
Əgər məlumat daimidirsə (yəni malın üzərinə daimi eyni ştrixkod çap olunacaqsa), o zaman, bilavasitə bağlamanın (misal üçün, süd üçün kağız qutu) və ya məhsulun etiketində (missal üçün, süd doldurulmuş qabın etiketi) bütün tirajla eyni ştrixkod çap olunacaq.
Əgər məlumat dəyişkəndirsə, o zaman, rəqəmsal çap lazım olacaq. Məsələn, məhsulun bağlaması çoxrəngli qrafikanı və ştrixkodun dəyişkən məlumatını çap edilməsini tələb edirsə, bu halda ənənəvi üsuldan istifadə edərək qrafika tam çap olunur, istehsalat və qablaşdırılma zamanı ştrixkodun rəqəmsal çapı üçün yer saxlanılır.
Ənənəvi:
fleksoqrafiya və ofset
Rəqəmsal:
termo və lazer
Malin üzərinə:
o.c. gravyura, həkk etmə və s.
Yerli GS1 Üzv Təşkilatı düzgün seçim eləməyə Sizə köməklik edə bilər, hətta bir çox GS1 Üzv Təşkilatları da sizin regionunuzda yerli poliqrafiya şirkətinin tapılmasında sizə köməklik edə bilər.
Ştrixkodun tipinə, ölçüsünə, yerləşdirilməsinə və çap keyfiyyətinə dair texniki tələblər onun harada oxunmasından asılıdır. Əgər Siz ştrixkodun oxunma mühitini və şəraitlərini bilirsinizsə, o zaman, kodun hazırlanmasında bunları nəzərə almalısınız.
Pərakəndə ticarət nöqtəsində ştrixli kodların çoxşualı skanerlə oxunması nəzərə alınmalıdır.
Əgər ştrixkod simvolu həm ticarət nöqtəsində (POS-Point-of-Sale,İng), həm anbarda oxunmalıdırsa, onun distribyutor prossesində oxunması üçün böyük ölçüdə olması nəzərə alınmalıdır.
Səhiyyə sahəsi məntəqələrində, aptek və xəstəxanalarda ştrixkodların çoxşüalı skanerlə oxunması tələb olunmur.
Ştrixkodun tipinin düzgün seçilməsi onun tətbiqinə böyük təsir göstərir:
Yerli GS1 təşkilatı ştrixkodun tipinin seçimində burada qeyd olunmayan faktorların təsirini nəzərə alıb Sizə düzgün seçim etməyə hazırdır.
GS1 ştrixkodlarının hər birisinin əsas xüsusiyyətlərinin təhlili üçün GS1 ştrixkodları -na bax.
Ştrixkodda kodlaşdırılan məlumatın və simvolunun düzgün seçimini etdikdən sonra dizayn işlərinə başlamaq olar. Simvolun ölçüsü onun yerləşdirildiyi yerdən və çap üsulundan asılıdır.
X-ölçü – ştrixkodun ən ensiz elementidir. X-ölçülər simvolun hündürlüyü ilə birgə ştrixkod simvolunun ölçüsünü müəyyən edir.
Oxunma mühitindən asılı olaraq, simvolların müəyyən X-ölçüləri və müvafiq hündürlükləri təyin edilib. Ştrixkod simvolu
nun qəbul edilmiş minimal və maksimal ölçüləri mövcuddur.
EAN/UPC simvolları pərakəndə satışda çoxşüalı skanerlərin oxunması üçün tərtib olunub. Bu o deməkdir ki,
EAN/UPC
simvollarında 2 seqment mövcuddur. Simvolun hündürlüyü və eni arasında təsbit edilmiş nisbət var. Bir
kəmiyyət dəyişiləndə, digəri mütənasib (proporsional) dəyişilir.
Ştrixkodun simvolunun kiçildilməsi üçün çox vaxt onun
hündürlüyünü azaldırlar. EAN/UPC simvolikanın texniki tələbləri çərçivəsində düzgün olardı ki, buna yol verilməsin, çünki ştrixkodun skanerlə oxunma sürəti azalır.
Simvolun son görüntüsü çap prossesinin qabiliyyətindən asılıdır. Simvolun ölçüsünün minimal kiçildilməsi (magnification - İngl) və zolağın eninin düzgün azaldılması (Bar Width Reduction,BWR - İngl) çapdan asılı olaraq müxtəlifdir. Çap edən şirkət simvolun minimal kiçildilməsi (magnification - İngl) və zolağın eninin azaldılması (Bar Width Reduction,BWR - İngl) kəmiyyətlərini elə təyin etməlidir ki, keyfiyyətli və münasib nəticələrə nail oluna bilsinlər.
İnsanoxunan hissə adlanan ştrixli kodun altındakı rəqəmli-hərfli kəmiyyət (Human Readble Interpretation –HRI, İngl) çox vacibdir, çünki, ştrixkodun zolaqları zədəli və yaxud pis keyfiyyətlə çap olunubsa, insanoxunan hissə ehtiyyat kimi istifadə oluna bilər.
Aşağıda ən çox verilən sualları göstəririk.
İnsanoxunan hissə müvafiq ölçüdə olmalıdır?
İnsanoxunan hissədə məlumat aydın və simvolun ölçüsünə proporsional ölçüdə olmalıdır.
İnsanoxunan hissə simvolun aşağı və yaxud yuxarısında olmalıdır?
İnsanoxunan məlumat ştrixkodun aşağı hissəsində olmalıdır və onun aydın oxunması təmin edilməlidir, ştrixkodun minimal hündürlüyü saxlanılması şərtilə.
Bəzi ştrixkod simvollarının aşağı hissəsində mötərizədə identifikatorlar (Application Identifiers – AI, İngl) göstərilir. Onlar simvolun zolaq və açıq sahələrində kodlaşdırılıb?
Aİ simvolun insanoxunan hissəsində mötərizədə göstərilməlidir, lakin, mötərəzələr simvolun zolaqlarında kodlaşdırılmır.
EAN/UPC simvolu insanoxunan hissəsində neçə rəqəm yazılmalıdır?
Daha ətraflı məlumat almaq üçün GS1 kodlarının İnsan Oxunan hissənin izahatını tapa bilərsiniz.
Ştrixkodun rəng uyğunlaşdırmasının ən optimalı və münasibi - qara zolaqların ağ fonda olmasıdır. Əgər Siz ayrı rəngləri də istifadə etmək istəyirsinizsə, aşağıdakı məlumat Sizə yardımçı ola bilər:
Göstərildiyi kimi, qara zolaq və ağ boş sahə optimal kombinasiyadır, amma başqa rəng kombinasiyası da istifadə oluna bilər. Sizin GS1 Üzv Təşkilatı poliqrafiya şirkətinə əlavə tövsiyələr edə bilər.
Ştrixkod simvolunun yerləşdirilməsi deyəndə, onun bağlamanın dizaynında yerləşdirilməsi nəzərdə tutulur. İlk növbədə əmin olmaq lazımdır ki, simvol zədələnməyəcək (misal üçün, kənar, künc, bükülmə və ya kəsişmə, ayrı materialla ötürülmə və s).
GS1 ştrixkodların düzgün yerini müəyyən etmək üçün GS1 Texniki tələblərin 6-ci bölməsinə baxa bilərsiniz.
GS1 ştrixkodlarının bağlamada düzgün yerləşdirilması üçün GS1 General Specifications -nın 6-ci bölməsində yerləşdirmə qaydaları ilə tanış ola bilərsiniz.
Çap olunmuş ştrixkodun keyfiyyətinə dair tələblər ISO/IEC 15416 Barcode Print Quality Texniki Tələblərdə izah olununb.ISO standartına əsaslanaraq, ştrixkodun oxunma qabiliyyəti onun çap keyfiyyətindən asılıdır. GS1 sistemində ISO/IEC standartlarının tələblərinə riayət edilməlidir, lakin, ilkin qiymətləndirmədə hər GS1 ştrixkodunun hansı simvoldan istifadə edilməsini, harada və necə yerləşdirilməsini, hansı identifikasiya nömrələrinin daşıyıcısını GS1 müəyyən edir. Əlavə olaraq, aperturanın enini və dalğanın uzunluğunu da müəyyən edir.
GS1 Baş Spesifikasiyasının 5-ci bölməsində hər növ simvola müəyyən texniki tələblər göstərilib.
Bu gün bir çox GS1 milli təşkilatları ştrixkodun çap keyfiyyətinin yoxlanması üçün verifikasiya xidmətlərini göstərir.
GS1 General Specifications 5-ci bölməsində GS1 identifikasiya açarlarının və simvolların hansı məlumatın daşınmasını təqdim edir.
GS1 Üzvləri məhsulun ştrixkodunun keyfiyyətini və nəzarətini öz üzərinə götürür. Bu gün bir çox GS1 Üzv Təşkilatları ştrixli kodun keyfiyyətinin yoxlanılması xidmətlərini təklif edir.
This document describes how GS1 barcodes and identification keys should be used.
Access the GS1 General Specifications 19.0Email: info@gs1us.org
Phone: + 1 937 435 3870
300 Princeton South Corporate Center
Ewing Township, New Jersey 08628
United States